“Samtredia”nın baş məşqçisi: “Qarabağ” çox güclü komandadır" AÇIQLAMA

“Samtredia”nın baş məşqçisi: “Qarabağ” çox güclü komandadır" AÇIQLAMA

“Azərbaycan çempionu “Qarabağ” çox güclü komandadır". SİA-nın məlumatına görə, bu sözləri Ağdam təmsilçisinin Çempionlar Liqasındakı rəqibi Gürcüstanın “Samtredia” klubunun baş məşqçisi Georgi Tsetsadze deyib.

Georgi Tsetsadze bildirib: “Amma biz asanlıqla təslim olmaq niyyətində deyilik. Düzdür, ötən il Azərbaycanın “Qəbələ” klubu bizi mübarizədən kənarlaşdırmışdı. Növbəti dəfə Azərbaycan klubu ilə qarşılaşacağımız üçün təəssüflənmirəm. Çünki daha güclü rəqiblərlə üz-üzə gələ bilərdik. Artıq Azərbaycan komandaları ilə oyun təcrübəmiz var və mərhələ keçə bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə