Samir Məsimov "Fakel”də baxışdadır

Samir Məsimov "Fakel”də baxışdadır

Millimizin və "Neftçi"nin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I divizionunda çıxış edən "Fakel”də baxışdadır. SİA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi sınaqdan keçmək üçün kollektivə qoşulan 14 futbolçudan biridir.

S.Məsimov "Fakel”in "Avanqard”a 4:3 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə də iştirak edib.

Qeyd edək ki, S.Məsimov son olaraq AZAL-da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə