Patrik Şik "Yuventus"a keçir

"Yuventus" yeni mövsüm üçün növbəti transferini bitirmək üzrədir. SİA-nın məlumatına görə, "Sampdoriya"nın hücumçusu Patrik Şik Turin təmsilçisinə keçəcək. Bu transfer üçün klub 3 il ərzində 30.5 milyon avro təzminat ödəyəcək.

Məlumatı "Sampdoriya"nın prezidenti Massimo Ferrero təsdiqləyib: "Danışıqlar başa çatıb. Sənədlərin imzalanması mərhələsindəyik. Patrik demək olar ki, "Yuventus"un oyunçusudur".

Bütün xəbərlər Facebook səhifəmizdə