Rakitiçin PSJ-yə keçməsi gözlənilir

Rakitiçin PSJ-yə keçməsi gözlənilir

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya təmsilçisi ilə yollarını ayıra bilər. SİA-nın xəbərinə görə, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, xorvatiyalı futbolçunun Fransanın PSJ klubuna keçməsi gözlənilir. Parislilər komandadan ayrılması gündəmdə olan Marko Verrattiyə əvəzləyici kimi məhz Rakitiçi görürlər.

"Barselona" isə Rakitiçi 50 milyon avro müqabilində buraxmağa hazırdır.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2014-cü ildən "Barselona"da çıxış edir. O, Kataloniya təmsilçisinə "Sevilya"dan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə