“Qəbələ” Avstriya və Bolqarıstan klublarına məğlub olub

“Qəbələ” Avstriya və Bolqarıstan klublarına məğlub olub

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" ötən gün mini turnirdə iştirak edib. SİA-nın məlumatına görə, Roman Qriqorçukun komandası Avstriyanın "Vakker" və Bolqarıstanın MOİK klubları ilə birlikdə "Stubay Cup"da qüvvəsini sınayıb.

Klublar bir-biri ilə 1 hissədən ibarət oyunlarda qarşılaşıblar. Əvvəlcə "Vakker"lə üz-üzə gələn "qırmızı-qaralar" 0:1 hesablı məğlubiyyətlə üzləşiblər. Təmsilçimiz ikinci görüşü də uduzub - 0:2.

Yarışın qalibi isə "Vakker"i 3:1, "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edən MOİK olub.

Qeyd edək ki, "Qəbələ" Avstriya toplanışında iki yoxlama oyunu keçirib. "Fulpmes"ə 8:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar", Rusiya "Axmat"ına uduzublar - 0:1.

Bütün xəbərlər Facebook səhifəmizdə