"Neftçi" Futtenis üzrə birinci Azərbaycan kubokunun qalibi olub

"Neftçi" Futtenis üzrə birinci Azərbaycan kubokunun qalibi olub

İyunun 18-də Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətinin zalında futtenis üzrə birinci Azərbaycan Kubokuna yekun vurulub. Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 10 komanda iki qrupda mübarizə aparıb.

İki gün davam edən yarışın finalında "Neftçi" ilə "Marafon" komandaları qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda 2:1 hesabı ilə qələbə qazanan "Neftçi" kubokun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə