İspaniya portalı Formula-1 üzrə Azərbaycan Qran-prisi barədə yazı dərc edib
İspaniyanın “f1aldia.com” portalında “Red Bull Racing TAG Heuer” komandasının pilotları Daniel Rikiardo və Maks Ferstapenin Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisi barədə fikirlərinin əks olunduğu məqalə dərc edilib. Məqalədə cari mövsümdə 5-ci və 6-cı yerlərdə qərarlaşan pilotlar Bakı şəhər halqası haqqında fikirlərini bölüşüblər.
Daniel Rikiardo qeyd edib ki, Bakıda yarışmaq maraqlıdır, lakin dar döngələrə girmək çox çətin olacaq.
Maks Ferstapenin fikrincə isə Bakı trasının xüsusi sxemi var. Burada enli hissələrlə bərabər, Monako trasından daha dar olan küçələr var. Ferstapen Bakıda qalacağı mehmanxanadan, onun birbaşa Bakı şəhər halqasına açılan möhtəşəm mənzərəsindən məmnunluğunu ifadə edib. O deyib ki, bir gün axşam saatlarında Bakının mağazalarını gəzmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB