"Qarabağ"ın ilk yoxlama oyununu “Axmat”a qarşı keçirəcək

"Qarabağ"ın ilk yoxlama oyununu “Axmat”a qarşı keçirəcək

Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ”ın ilk yoxlama oyunun vaxtı dəqiqləşib. Qol.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi ilk sınağına iyunun 20-də çıxacaq. Qurban Qurbanovun komandası Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, Rusiya Premyer Liqasında çıxış edən “Terek” bir müddət öncə adını dəyişdirərək “Axmat” olub. Komanda bu adla ilk oyununu Avstriyada toplanışda olan “Qəbələ”yə qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə