Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Bu gün səhər Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub. Heydər Əliyev Mərkəzindən SİA-ya verilən məlumata görə, 2 saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib. Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə