Bolqarıstanın Sofiya şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 17-19 sentyabr tarixlərində baş tutacaq yarışlarda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında ümumilikdə 8 cüdoçumuz mübarizəyə qatılacaq.
Oğlanların yarışında respublikamızı Elsəvər Sadıqzadə (55 kq), Vüqar Şirinli (60 kq), Rüstəm Orucov (66 kq), Sərxan Əhmədov (73 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Fərid Babayev (+100 kq) təmsil edəcək. Qızların mübarizəsində isə yeganə təmsilçimiz Xanım Hüseynova (57 kq) qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB