Azərbaycan cüdoçuları sabah dünya çempionatından vətənə qayıdacaqlar

Azərbaycan cüdoçuları sabah dünya çempionatından vətənə qayıdacaqlar

Yaponiyanın Tokiyo  şəhərində 4 gün davam edən dünya çempionatında üçüncü yeri tutmuş cüdo üzrə Azərbaycan yığması sabah vətənə qayıdır. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, komandamız 15 Sentyabr saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olacaq. ACF idmançıları atəşfəşanlıqla qarşılanması üçün tədbirlər görür.

Qeyd edək ki, kişi idmançılarımızdan Elxan Məmmədov (90 kq) və xanım cüdoçularımızdan Ramilə Yusubova (63 kq) çempionatda gümüş medal qzanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə