Elçin Cəfərov: “Təəssüf ki, yerlərdə olan məşqçilər öz işlərini yığma komandaların məşqçilərinin boynuna atmaq istəyirlər” - MÜNASİBƏT
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yunan –Roma güləşi üzrə yığma komandada ağır çəki dərəcəli güləşçilərin olmamasından şikayət edir. SİA-nın məlumatına görə, vitse-prezident bu barədə jurnalistlərə açıqlama verib. O, bunun indinin yox, çoxdanın problemi olduğunu vurğulayaraq, cəmiyyət və klublarda bu istiqamətdə işlər aparılmadığını bildirib. "Təəssüf ki, yerlərdə olan məşqçilər öz işlərini yığma komandaların məşqçilərinin boynuna atmaq istəyirlər",-deyə E.Cəfərov əlavə edib. Vitse-prezident artıq federasiyanın bu problemlə bağlı işlərə başladığını deyib.
O, həmçinin bəzi idmançılarımızın dünya çempionatında nəticə göstərməməsinin səbəblərinin araşdırılacağını bildirib. Vitse-prezident aprel ayında Avropa çempionu olmuş Elçin Əliyev, Avropa ikincisi Elvin Mürsəliyev, Avropa beşincisi Rafiq Hüseynovun uğursuz çıxışlarını onların zəif hazırlığı ilə əlaqələndirib. "Necə ola bilər ki, apreldə Avropa çempionu olmuş idmançı sentyabrda nəticə göstərməsin?" - deyə vitse-prezident qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB