AGF-nin vitse-prezidenti Elçin Cəfərov yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri ilə görüşüb
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov yunan-Roma güləşi üzrə yığma komandanın Moskvada keçirilmiş dünya çempionatında göstərdiyi nəticələrlə bağlı millinin üzvləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, AGF-nin yunan-Roma zalında baş tutmuş görüşdə idmançıların çempionatda göstərdiyi nəticələr müzakirə olunub.
Vitse-prezident çıxış edərək qeyd edib ki, Azərbaycan yığması dünya çempionatında göstərdikləri nəticələrlə Dünya Kubokunda iştirak etməyə lisenziya qazanıblar. Onun sözlərinə görə, bu il Azərbaycan güləşi üçün uğurlu olub. E.Cəfərov bildirib ki, həm yeniyetmələr, həm gənclər, həm də böyüklər bu il yüksək uğurlara imza atıblar. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Daha sonra isə yunan-Roma yığma komandasının baş məşqçisi, olimpia, ikiqat dünya çempionu Fərid Mansurov çıxış edərək dünya çempionatının onun baş məşqçi kariyerasında ilk sınağı olduğunu bildirib. Yığma komandaya baş məşqçi təyin olunmasından sonra iki ay ərzində dünya çempionatına hazırlaşmaqda onlara vitse-prezident Elçin Cəfərovun böyük kömək etdiyini deyib. O, 2011-ci ilin sentyabrında baş tutacaq dünya çempionatının London Olimpiadasına lisenziya xarakteri daşıdığını qeyd edərək, qarşıda onları daha ağır sınaqlar gözlədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB