Mirça Luçesku Yunanıstandan təklif alıb

Mirça Luçesku Yunanıstandan təklif alıb

Mayın 28-də "Zenit"dən istefaya göndərilən Mirça Luçesku Yunanıstanda işləmək təklifi alıb. SİA-nın məlumatına görə, rumıniyalı mütəxəsisin xidmətində PAOK maraqlıdır. Saloniki klubu 71 yaşlı mütəxəsisə illik 1.7 milyon avro məvacib ödəməyə hazırdır. Luçesku isə 3.5 milyon avro məvacibdən aşağı almaq istəmir.

Xatırladaq ki, ötən mövsüm PAOK Yunanıstan Superliqasında 3-cü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə