“Bir həftə sonra Bakıda möhtəşəm Formula 1 yarışının şahidi olacaqsınız. Hazırda tikinti-quraşdırma işlərinin sonuncu mərhələsindəyik”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O qeyd edib ki, Bakı Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə bağlı qonaqları qarşılamağa hazırdır: “Hazırlıq işlərinin 99 faizini yerinə yetirmişik. Artıq qonaqlar da gələməyə başlayırlar. Ötən həftə Kanada Qran-Prisi baş tutdu. Komandalar artıq öz bolid və avadanlıqlarını Bakıya daşımağa başlayıblar. Biz bir həftə içərisində bütün işləri yekunlaşdıracağıq”.
T.Butçer vurğulayıb ki, iyunun 19-u gecə saat 01:00-dan etibarən şəhərin mərkəzi küçələri son tamamlama işləri üçün bağlanacaq: “Görüləcək işlərlə bağlı yolları müvəqqəti bağlayacağımıza görə şəhər sakinlərindən üzr istəyirik. Növbəti 4 gün ərzində siz bu küçələrin adi trekdən Formula 1 trekinə necə çevrildiyinin şahidi olacaqsınız. Treklə yanaşı, dənizkənarı bulvarda da lazımi quraşdırma işləri aparılır. Orada dünya ulduzlarının iştirakı ilə böyük konsertlər, Formula 1 pilotlarının iştirakı ilə avtoqraf sessiyaları və digər əyləncə tədbirləri keçiriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB