“Fənərbaxça” “Monako”nun futbolçusunu transfer edir

“Fənərbaxça” “Monako”nun futbolçusunu transfer edir

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, "Lion"dan Matyu Valbuenanın keçidini həll edən İstanbul nəhəngi bu dəfə “Monako” klubunun futbolçusu Nabil Dirarla anlaşdığını açıqlayıb. Müqavilənin şərtləri barədə isə məlumat verilməyib.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2012-ci ildən “Monako”da çıxış edir. O, karyerası ərzində “Vesterlo” və “Brügge” kimi komandalarda da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə