BŞH könüllülər üçün “Məkanla tanışlıq” təlimlərinə başlayıb FOTOLAR
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisinin bütün könüllüləri üçün “Məkanla tanışlıq” adlı ikigünlük təlimlərə başlayıb. SİA-nın məlumatına görə, təlimlərin keçirilməsində əsas məqsəd könüllülərin məkanla tanışlığını təmin etməkdir.
Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarətdir. İlk hissədə könüllülərə təyin olunduqları məkanlarla bağlı təqdimat göstərilib. Daha sonra könüllülər həmin məkanlarla praktiki olaraq tanış olublar. Bundan başqa, təhlükəsizlik qaydalarının pozulması hallarında və eyni zamanda təhlükəli hadisələr baş verdikdə görüləcək ilk tədbirlər haqqında məlumat verilib.
Təlimin ilk günündə 2 zonanın, iyunun 17-də isə digər 4 zonanın könüllüləri daxil olmaqla ümumilikdə 3000 nəfər iştirak edəcək.
BŞH-nin İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova təlimin əhəmiyyətini vurğulayaraq söyləyib: “Məkan təlimləri könüllülərin hazırlığı prosesində son mərhələdir. Tribunalar və müxtəlif yarış obyektləri haqqında könüllülərin öncədən tam məlumatlandırılması onların yarış vaxtı işlərini uğurla həyata keçirməsində mühüm rol oynayacaq”.
Xatırladaq ki, məkanla tanışlıq təlimlərindən sonra könüllülər rəsmi olaraq işləyəcəkləri şöbələrdə könüllülük fəaliyyətlərinə start verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB