Futbol üzrə İspaniya ikinci liqasında pley-off görüşləri keçirilir. Qol.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun formasını geydiyi “Kadis” La Liqaya yüksəlmək uğrunda ilk pley-off matçında öz meydanında “Tenerife”ni qəbul edib.
İsrafilovun adı matçın protokoluna daxil edilməyib. Görüş “Kadis”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İyunun 18-də komandalar arasında cavab görüşü keçiriləcək. Eddinin komandası ilk matçdakı qələbə hesabını qoruya bilsə, La Liqaya yüksəlmək uğrunda həlledici matçda “Hueska” - “Hetafe” cütünün qalibi ilə görüşəcək. Qeyd edək ki, bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB