"Qarabağ" "İnter"lə oyundan dərhal sonra hazırlıqlara başlayıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, bazar günü AZAL-la qarşılaşacaq olan komanda "İnter"lə oyun sonrası səhər yüngül məşq edib. Matçda 90 dəqiqə oynayanların yüngül qaçışla kifayətləndiyi məşqdə digər futbolçular 90 dəqiqə məşq ediblər. Dünən isə komanda səhər 10-da tək çalışma ilə kifayətlənib. Suraxanı qəsəbə stadionunda baş tutmuş çalışmada yalnız uzun müddətə sıradan çıxmış Əfran İsmayılov və Aftandil Hacıyev iştirak etməyib.
Bu gün isə komandanın 2 məşqi planlaşdırılıb. Səhər məşqi trenajor zalında baş tutacaq. Axşam məşqi isə yenidən Suraxanı qəsəbə stadionunda olacaq.
Bu gün isə komandanın 2 məşqi planlaşdırılıb. Səhər məşqi trenajor zalında baş tutacaq. Axşam məşqi isə yenidən Suraxanı qəsəbə stadionunda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB