"Qəbələ" bu gün "Axmat"la qarşılaşacaq

"Qəbələ" bu gün "Axmat"la qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, Roman Qriqorçukun komandası Rusiya Premyer Liqasında çıxış edən “Axmat”la qarşılaşacaq.

Mövsümü 5-ci pillədə başa vuran Qroznı təmsilçisi buna qədər “Terek” adlanırdı.

Qeyd edək ki, ilk sınaq matçında yerli “Fulpmes”i 8:0 hesabı ilə darmadağın edən “Qəbələ” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

15 iyun
Yoxlama oyunu
20:00. “Qəbələ” – “Axmat”
Avstriya, İnsbruk

Bütün xəbərlər Facebook səhifəmizdə