İngiltərə Premyer Liqa tarixində bir ilk...

İngiltərə Premyer Liqa tarixində bir ilk...

Yeni mövsüm hazırlıqları çərçivəsində “Vest Hem” “Mançester Siti” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, görüşün maraqlı tərəfi Reykyavikdə baş tutacağıdır. Belə ki, ilk dəfə iki Premyer Liqa klubu İslandiyada qarşı-qarşıya gələcəklər. Matç avqustun 4-də keçiriləcək.

“Vest Hem”in baş məşqçisi Slaven Biliç oyun haqqında açıqlamasında ilkə imza atmaqdan məmnun olduqlarını bildirib: “İslandiyada oynayacaq ilk klub olmaqdan çox məmnunuq. Skandinaviyaya səfəri çox səbirsizliklə gözləyirik. Biz İslandiyanın necə güclü komanda olduğunu və onların futbol olan marağını AÇ-2016-da gördük. Kiçik ölkə olsa da, bizim orda dəstəkçilərimiz çoxdu”.

Bütün xəbərlər Facebook səhifəmizdə