“Trabzonspor” futbolçusu Ramil Şeydayevi “Jilina”ya satmaq qərarı verib. SİA-nın məlumatına görə, bu haqda Türkiyənin “Fotospor” nəşri məlumat yayıb. Bildirilir ki, Slovakiya klubu son mövsüm 12 oyunda 6 qol vuran və 2 qol ötürməsi verən millimizin 20 yaşlı hücumçusunu birdəfəlik transfer etmək üçün Qara dəniz təmsilçisinə 500 min avro təklif edib.
“Tranzonspor” isə əvvəlcə “Jilina”dan 2 milyon avro təzminat istəyib. Sonradan isə türk klubu Ramilin uyğun qiymətə transferinə razılıq verib.
Xatırladaq ki, R.Şeydayev bu qış transfer dönəmində icarə əsasında “Tranzonspor”dan “Jilina”ya keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB