“Bavariya” “Lion”un yarımmüdafiəçisini transfer edib

“Bavariya” “Lion”un yarımmüdafiəçisini transfer edib

“Bavariya” heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, Münhen klubu “Lion”un yarımmüdafiəçisi Korentin Tolissonu transfer edib.

“Lion”un rəsmi saytı klublar arasında hərtərəfli razılıq əldə olunduğunu açıqlayıb. “Bavariya”nın Fransa millisinin üzvü üçün kluba 40 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, “Lion”un yetirməsi olan 23 yaşlı futbolçu 2013-cü ildən əsas komandada çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə