Albaniya millisinin baş məşqçisi Canni De Byazi oktyabrda yığmadan ayrılacaq. SİA-nın məlumatına görə, mütəxəssis bu barədə "Football İtalia"ya açıqlamasında bildirib: "Bu, təbii prosesdir. Hər şeyin əvvəli olduğu kimi, sonu da var. Albaniya futbolunda hər şey möhtəşəmdi, heç bir inqilabi dəyişikliyə ehtiyac yoxdu".
Qeyd edək ki, Albaniya millisi DÇ-2018-in seçmə mərhələsində G qrupunda 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisinin şərəfini qoruyur. Komandanın kapitanı olan təcrübəli futbolçu Canni De Byazinin bu qərarından sonra sosial şəbəkə hesabında ona gördüyü işlər üçün təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB