"Fənərbaxça" Ozan Tufanı "Valensiya" klubuna göndərir. SİA-nın məlumatına görə, türkiyəli yarımmüdafiəçi 1 il "yarasalar"ın heyətində icarədə oynayacaq. Mövsüm başa çatanda sonra ispanlar 15 milyon avroya onun transfer hüquqlarına yiyələnə bilərlər.
"Valensiya" ötən mövsüm La Liqanı 12-ci pillədə başa vurub. "Fənərbaxça" ilə bu klubu tək Ozan Tufan bağlamır. "Sarı lacivərdlilər"in futbolçusu Mehmet Topal 2012-ci ildə "Valensiya"dan gəlmişdi. Nani isə ötən yay İstanbul klubundan "yarasalar"a qoşulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB