Duqlas Kosta "Yuventus"la razılaşıb

Duqlas Kosta "Yuventus"la razılaşıb

"Bavariya" klubunun yarımmüdafiəçisi Duqlas Kosta karyerasını "Yuventus"da davam etdirməyə yaxındır. SİA-nın məlumatına görə, 26 yaşlı futbolçu Turin klubu ilə razılaşıb. Onun illik məvacibi 7 milyon avro təşkil edəcək. Müqavilə müddəti isə açıqlanmır. "Qoca senyora"nın son işi Münhen klubunu razı salmaqdır. "Bavariya" bu transferdən 50 milyon avro qazanmaq istəyir.

Xatırladaq ki, Kosta 2015-ci ildə 30 milyon avro qarşılığında "Şaxtyordan"dan hazırki klubuna keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə