"Kəpəz"in futbolçusu "Voyvodina" klubuna keçib

"Kəpəz"in futbolçusu "Voyvodina" klubuna keçib

Braziliyalı futbolçu Renan Alveş "Kəpəz"dən ayrılıb. SİA-nın məlumatına görə, 24 yaşlı müdafiəçi Serbiyanın "Voyvodina" klubuna keçib. Onunla 2 illik müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, Renan Alveş "Kəpəz"ə ötən il Portuqaliyanın "Jil-Visente" klubundan gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə