“Heydər Əliyev kuboku-2017”-nin qalibləri bu gün bəlli olacaq VİDEO

“Heydər Əliyev kuboku-2017”-nin qalibləri bu gün bəlli olacaq VİDEO

İyunun 11-dən start götürən “Heydər Əliyev kuboku-2017” yeniyetmələr arasında 15-ci beynəlxalq boks turnirində bu gün final görüşləri keçiriləcək. Naxcivantv.az-ın xəbərinə görə, bu gün 14:00-dan etibarən İlham Əliyev adına Olimpiya İdman Kompleksində 13 çəki dərəcəsində final görüşləri baş tutacaq. Həlledici 13 qarşılaşmadan sonra turnirin qaliblərinin adına aydınlıq gələcək. Görüşlərdən dərhal sonra qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.

Turnirin dünənki günü ilə bağlı hazırlanmış videomaterialı təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə