Vüqar Nadirovun "Səbail"ə keçidi rəsmiləşib

Vüqar Nadirovun "Səbail"ə keçidi rəsmiləşib

"Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirovun "Səbail"ə keçidi rəsmiləşib. Klubun rəsmi feysbuk səhifəsində yer alan xəbərə görə, 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Xatırladaq ki, "Qarabağ"ın yetirməsi olan V. Nadirov, Ağdam klubu ilə yanaşı "Xəzər Lənkəran", "Masallı", "Karvan" "Qəbələ" və "İnter"də də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə