"Roma" Meksika millisinin kapitanını transfer edib

"Roma" Meksika millisinin kapitanını transfer edib

İtaliyanın "Roma" klubu heyətinə yeni oyunçu cəlb edib. Klubun saytında yer alan xəbərə görə, paytaxt təmsilçisi PSV-dən Hektor Morenonu transfer edib. Meksika millisinin kapitanı ilə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub. Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2015-ci ildən PSV-də çıxış edirdi. O, bu müddət ərzində 61 oyun keçirib və 11 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə