“Qarabağ” klubu yarımmüdafiəçisi Muarem Muaremlə yollarını ayırıb. SİA-nın məlumatına görə, makedoniyalı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Muarem Muarem 2012/15 mövsümündə Ağdam klubunda oynayıb. Daha sonra Türkiyənin “Eskişehirspor” klubuna keçən 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə yenidən “Qarabağ”a qayıdıb.
O, ötən mövsüm ümumilikdə 34 oyun keçirib və 7 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB