Kladio Ranyeri "Nant" klubu ilə anlaşıb

Kladio Ranyeri "Nant" klubu ilə anlaşıb

“Lester Siti”dən ayrıldıqdan sonra klubsuz qalan Kladio Ranyeri Fransada çalışacaq. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis "Nant" klubu ilə anlaşıb. Bu barədə "L'Equipe" nəşri məlumat verib. Ranyeri yeni klubuyla 2 illik müqavilə bağlayacaq.

Fransa Peşəkar Futbol Liqası bu müqaviləyə icazə verdikdən sonra 65 yaşlı mütəxəssisin "Nant"a keçidi rəsmiləşəcək. Fransada yaşı 65-dən çox olan məşqçilər xüsusi icazə ilə klub çalışdırırlar.

Xatırladaq ki, Ranyeri 2015/16 mövsümündə “Lester Siti”ni tarixində ilk dəfə İngiltərə çempionu etmişdi. O, Fransada daha öncə "Monako"nu çalışdırıb və aşağı liqada elitaya yüksəltmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə