Qana Futbol Federasiyası cəzalandırıla bilər FOTO

Qana Futbol Federasiyası cəzalandırıla bilər FOTO

Qana Futbol Federasiyası FİFA tərəfindən cəzalandırıla bilər. SİA-nın məlumatına görə, buna səbəb Afrika Millətlər Kuboku-2019-un seçmə mərhələsində baş tutan Qana - Efiopiya (5:0) matçında Asamoah Qyanın kapitanlıq sarğısı üzərində "yaradıcı təxəyyülü"nü nümayiş etdirməsidir. Qana millisinin 31 yaşlı hücumçusu kapitanlıq sarğısının üzərinə adı və şəklini yapışdırıb. Qaydalara əsasən təsnifat oyunlarında bu sarğı ya birrəngli, ya da komandanın təmsil etdiyi ölkənin bayrağının rənglərində olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə