İsveçin "Aftonbladet" tabloidi Zlatan İbrahimoviçin milli komandaya qayıtmaq fikrinə azarkeşlərin münasibətini öyrənib. SİA-nın məlumatına görə, 100 min nəfərdən 65 mini ulduz futbolçunun milli komandaya qayıtmasına qarşı çıxıb. Bu sorğu DÇ-2018-in seçmə mərhələsində baş tutan Fransa - İsveç (1:2) oyunundan sonra aparılıb.
Qeyd edək ki, "Aftonbladet" Skandinaviyanın ən böyük gündəlik qəzetidir. Onun oxucu kütləsi 3.5 milyon nəfərdən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB