"İnter" məşq prosesinə başlayıb

"İnter" məşq prosesinə başlayıb

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan Bakının "İnter" klubu 1 günlük istirahətdən sonra yenidən məşq prosesinə başlayıb. SİA-nın məlumatına görə, Zaur Svanadzenin rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə məşq edib. Milli komandalara dəvət almış futbolçular - Səlahət Ağayev, Tərlan Quliyev və Sərtan Taşkın da artıq komandanın düşərgəsindədirlər.

Qeyd edək ki, "İnter" bu gün toplanış çərçivəsində "Zirə" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18.30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə