Robert Prosineçki: "İş yerimi dəyişəcək bir səbəb görmürəm”

Robert Prosineçki: "İş yerimi dəyişəcək bir səbəb görmürəm”

“Azərbaycan millisi ilə ilin sonuna qədər müqaviləm var. Federasiya rəhbərliyi işimdən razıdır”. SİA-nın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki “goal.com” saytına açıqlamasında deyib.

Türkiyənin “Bursaspor” klubuna keçəcəyi deyilən xorvatiyalı mütəxəssis deyilənləri təkzib edib: “Müqaviləmin sonuna qədər burada qalacağam. Məsələ çox sadədir, ilin sonuna qədər müqaviləm var və buna hörmət etməliyəm. Təəssüf ki, iki gün öncə ağır məğlubiyyət aldıq, ancaq bu, heç nəyi dəyişdirmir. Bilirəm, haqqımda çox şey yazırlar. Deməliyəm ki, indiki vəziyyətdə iş yerimi dəyişəcək bir səbəb görmürəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə