"Mançester Yunayted" Ronaldo üçün 200 milyon avro ödəməyə hazırdır!
"Real"ın futbolçusu Kriştiano Ronaldo yenidən "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Qol.az-ın "El Confidencial"a istinadən yaydığı xəbərə görə, İngiltərə klubu portuqaliyalı hücumçunu transfer etməyə qərar verib. "MY"nın Madrid təmsilçisinə 200 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, K.Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib. O, daha sonra 94 milyon avroya "Real"a transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB