"Neftçi” iki futbolçu transfer edib. Bu haqda klubun saytı məlumat yayıb. Bildirilib ki, müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb. 26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.
Xatırladaq ki, M.Mirzəbəyov son mövsümü "Qəbələ", Rəşad Əzizli isə "Səbail"də keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB