15-23 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarışda 100-ə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq.
İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var. Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Onların siyahısı aşağıdakı kimidir:
Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB