FİFA Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Tailand yığmaları arasında keçiriləcək 2018-ci il dünya çempionatının seçmə oyununun qətərli hakimlər briqadasını dəyişib.
SİA-nın məlumatına görə, bu qərar BƏƏ Futbol Assosiasiyasının xahişi əsasında verilib. İyunun 13-də Banqkokda təşkil olunacaq qarşılaşmaya sinqapurlu hakimlər təyinat alıb.
Qeyd edək ki, BƏƏ iyunun 5-də terrora dəstək səbəbindən Qətərlə diplomatik münasibətləri kəsən ölkələrdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB