Aleksandr Aleksandrov Avropa çempionatında 13-cü yeri tutdu – TEXNİKİ NƏTİCƏLƏR
Portuqaliyanın Montemor-O-Velyo şəhərində akademik avarçəkmə üzrə böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda ilk dəfə Azərbaycan milli komandası da mübarizə aparıb. Ölkəmizi təmsil edən Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X), Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla (LM2X) çıxış edib.
Avarçəkənlərimiz ilk 12 yerdən birini tutmağa imkan verən əsas yarımfinal mərhələsinə (A və ya B yarımfinalı) vəsiqə qazana bilmədikləri üçün öz kateqoriyalarında 13-cü yer uğrunda yarışıblar. Nəticədə 20 yaşlı Aleksandrov həm C/D yarımfinalında, həm də C finalında hamını qabaqlayaraq, buna nail olub.
Əfəndiyev – Xmara dueti isə C/D yarımfinalında 2-ci, C finalında 4-cü olub və yekunda 16-cı yerlə kifayətlənib.
Texniki nəticələr
Akademik avarçəkmə üzrə Avropa çempionatı
1 nəfərlik qayıq (M1X)
C/D yarımfinalı
1. Aleksandr Aleksandrov (AZƏRBAYCAN) – 7:22.57
2. Yanis Timofeyev (Latviya) – 7:24.82
3. Matias Raymond (Çernoqoriya) – 7:28.80
Matyö Androdias (Fransa) – finişə çatmayıb.
İlk 3 yerin sahibləri C finalına çıxıb.
C finalı (13 – 18-ci yerlər)
1. Aleksandr Aleksandrov (AZƏRBAYCAN) – 7:20.11
2. Konstantin Zaytsev (Ukrayna) – 7:25.29
3. Roel Braas (Hollandiya) – 7:29.69
4. Yanis Timofeyev (Latviya) – 7:33.98
5. Matias Raymond (Çernoqoriya) – 7:43.09
6. Pyotr Liçnerski (Polşa) – 7:45.27
2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıq (LM2X)
C/D yarımfinalı
1. Andrey Şevel – İvan Kudryavtsev (Rusiya) – 7:12.14
2. Cavid Əfəndiyev – İqor Xmara (AZƏRBAYCAN) – 7:16.30
3. Lyubomir Qospodinov – Vasili Vitanov (Bolqarıstan) – 7:24.03
4. Makar Sarqsyan - Sargis Qarabaqtsyan (Ermənistan) – 7:28.40
İlk 3 yerin sahibləri C finalına, 4-cü yeri tutanlar isə D finalına çıxıb.
C finalı (13 – 18-ci yerlər)
1. Bartlomey Pavelçak – Mariuş Stançuk (Polşa) – 6:49.17
2. Oskar Russberq – Dennis Bernhardsson (İsveç) – 6:50.07
3. Andrey Şevel – İvan Kudryavtsev (Rusiya) – 6:51.11
4. Cavid Əfəndiyev – İqor Xmara (AZƏRBAYCAN) – 6:56.45
5. Peter Nörlem – Andreas Ramboel (Danimarka) – 6:57.20
6. Lyubomir Qospodinov – Vasili Vitanov (Bolqarıstan) – 6:57.51.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB