“Turan” klubu: “Hara gedirik biz bu hakimliklə?!”

“Turan” klubu: “Hara gedirik biz bu hakimliklə?!”

"Turan" klubu yenə də hakimlərə etiraz edir. SİA-nın məlumatına görə, klub "Qəbələ" ilə oyunda yenə hakim ədalətsizliyi ilə qarşılaşdığını iddia edir. Bu barədə "Turan"ın rəsmi saytında məlumat dərc olunub. Klubun rəsmi saytına yayımlanmış məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:

"AZAL-la oyunda Əfqan Həmzəyevin başımıza gətirdiyi oyunun təsiri keçməmiş yenidən halal xalımız əlimizdən alindi. "Qəbələ" ilə görüşdə qapımıza vurulan qolda açıq - aşkar cərimə zərbəsi təyin olunmalı olduğu halda hakim davam işarəsi verdi. Yan xətt hakiminin gözü qarşısında rəqib müdafiəçinin əllə oynamasına göz yumması isə faciədir. Hara gedirik biz bu hakimliklə?! Hər kəs, hətta rəqib oyunçuların belə penalti olduğunu düşündüyü halda nə epizoddan xeyli aralı qalan baş hakim, nə də ki 3-5 metr yaxınlıqda olan laynsman düzgün qərar vermədi. Bəlkə də vermək istəmədi. Bbirinci dəfə deyil bu. 5 oyunun üçündə oyunun nəticəsinə təsir edən səhvlər və qərəzli qərarlar komandaya mənəvi zərbə vurur. "Turan" əvvəlcə də hakimlərdən təmiz oyun istəyirdi. Amma görünür onlar öz yolundan dönmək istəmirlər. Neçənci dəfədir ki, öz etirazımızı protokolda da yazırıq. Nəticə hasil olunmur. Yoldaş hakimlər yenə də sərbəst təyinat alır və istədiklərini edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə