"Porto"nun təcrübəli qapıçısı İker Kasilyas karyerasını İtaliyada davam etdirə bilər. SİA-nın məlumatına görə, 36 yaşlı qolkiper "Napoli"yə təklif olunub. Xose Reyna bu yay Neapol klubunu tərk edə bilər. Ehtiyat variant isə Kasilyasdır.
İspan qapıçı iyulda azad agent olacaq. Onunla "Liverpul", "Las Palmas", "Real Sosyedad" və "Malaqa"nın maraqlandığı deyilir.
Ötən mövsüm 43 dəfə "Porto"nun qapısını qoruyan Kasilyas 23 dəfə top buraxmadan meydanı tərk etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB