“Qəbələ” “Caspian Cup”da 8-ci olub

“Qəbələ” “Caspian Cup”da 8-ci olub

Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası turnirin son günündə 7-ci yer uğrunda matça çıxıb. “Qırmızı-qaralar” Rusiyanın “Ramzan” komandası ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtın son 10 dəqiqəsində vurulan yeganə qol isə rusiyalılara qələbə qazandırıb - 1:0. Beləliklə, Rakif Əliyevin baş məşqçisi olduğu U-14 turniri 8-ci pillədə başa vurub.

Yarışın qalibi adına isə finalda Rusiya “Krasnodar”ına 2:1 hesabı ilə qalib gələn Gürcüstan “Dinamo”su (Tiflis) yiyələnib. Üçüncü yeri isə Rusiya “Rostov”u tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə