"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo "Real"ın futbolçusu Alvaro Moratanın komandaya transfer olunmasında israrlıdır. SİA-nın məlumatına görə, portuqaliyalı mütəxəssis ispan hücumçunu Mançester klubuna keçməyə razı salmaq üçün ona zəng edib. Mourinyo Morataya onun komandasına gəlməyi təklif edib. O, 24 yaşlı oyunçuya "Mançester Yunayted"in əsas oyunçusu olacağı vədini verib. Bundan sonra Moratanın "Mançester Yunayted"ə keçməyə razı olduğu bildirilib.
Qeyd edək ki, A.Morata ötən mövsüm 43 matçda 20 qol vurub, 6 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB