İrlandiyalı futbolçu: "Futbol elə oyundu ki, gərək mübarizə aparasan"

İrlandiyalı futbolçu: "Futbol elə oyundu ki, gərək mübarizə aparasan"

Şimali İrlandiyanın oyunçusu Coş Makkeniş millimizlə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyundan, yoxsa nəticədən razı qaldınız?

- Əlbəttə, qazandığımız qələbədən və 3 xaldan razı qaldım. Çətin oyun keçdi. Azərbaycan yığması da yaxşı oynadı. Millinizin heyətində texniki imkanlarına görə yaxşı mənada seçilən futbolçular var. Əsasən əks-hücumlara üstünlük verirdik. Sürətli hücumlar da futbolun tərkib hissəsidi. Öz şansımızı gözləyirdik. Nəhayət son saniyələrdə olsa da, şansımızı yaxaladıq və bizə 3 xalı, qələbəni qazandıran qolu vurduq.

- Oyun heç-heçə başa çatsaydı, buna sevinəcəkdiniz?

-Bəlkə də kənarda heç-heçənin biz sərf etdiyini, meydana da elə bunun üçün çıxdığımızı düşünürdülər. Oyunumuza görə belə fikir yürüdənlərin varlığı danılmazdı. Ancaq elə deyildi. Biz vaxtımızı, zamanımızı gözləyirdik.

- Kənardan bir qədər ehtiyatlı oynadığınız müşahidə edilirdi...

- Komandanızın oyununu analiz etmişdik. Bilirdik ki, doğma meydanda yaxşı çıxış edir. Üstəlik, heyətinizdə texniki və taktiki planda güclü futbolçular var. Onların sırasına yeni qoşulan Riçard Almeydanı da xüsusi qeyd etmək istərdim. Yəni diqqətli olmalı idik. Qapımız qarşısında yaradılan bir neçə təhlükəli vəziyyət də bizi buna vadar edirdi.

- Azərbaycanın məğlub olmasının səbəbini nədə görürsünüz: şanssızlıqda, yoxsa komandanızın üzvlərinin daha təcrübəli olmasında?

- Futbol elə oyundu ki, gərək mübarizə aparasan, şansını sona qədər gözləyəsən. Qələbə qazanmağımızda əsas amil kimi düzgün mövqe seçməyimizi və dəqiq oynamağımızı qabardardım. İkinci hissədə sizin oyunçuların imkanı daha çox idi.

Bütün xəbərlər Facebook səhifəmizdə