Agenti qapıçıya görə “Milan”dan 100 milyon avro təzminat istəyir

Agenti qapıçıya görə “Milan”dan 100 milyon avro təzminat istəyir

“Milan”ın qapıçısı Canluici Donnarumma klubda qalmağa qərar verib. Qol.az-ın xəbərinə görə, bu haqda İtaliyanın bir neçə nüfuzlu idman nəşri xəbər yayıb. Hazırda tərəflər yalnız futbolçunun təzminat qitmətini müzakirə edirlər. “Corriere dello Sport” yazır ki, Donnarummanın agenti futbolçusuna 100 milyon avro təzminat qoyulmasını istəyir. Əgər “Milan” yeni mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasa, bu məbləğ düşə bilər.

Qeyd edək ki, qapıçının klubu ilə müqaviləsi 2018-ci ilun iyununda başa çatır. Futbolçu özü yeni müqavilə bağlamağa razılaşıb. Onun agenti Mino Rayolun da bu anlaşmaya müsbət cavab verəcəyi təqdirdə tərəflər yeni anlaşma imzalayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə