“Bavariya”nın qapıçısı toyuna qoltuq ağacında gəlib

“Bavariya”nın qapıçısı toyuna qoltuq ağacında gəlib

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer evlənib. “Bild” nəşrinin yaydığı xəbərə görə, 31 yaşlı qolkiper 24 yaşlı tələbə Nine Vayssla ailə həyatı qurub. Toy mərasimi İtaliyada, Bari şəhəri yaxınlığında keçirilib. Noyer ayağından aldığı ağır zədəni müalicə etdirdiyindən toyda da qoltuq ağacının köməyi ilə hərəkət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə