"Neftçi" Azərbaycan Premyer Liqasının 5-ci turunun təxirə salınmış "Muğan"la oyununa hazırlığı davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda üzvləri dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçiblər. Flaqmanın bugünkü məşqi isə saat 19:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qeyd edək ki, "Neftçi" - "Muğan" görüşü sabah saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB