Sərbəst güləş üzrə yığmamız ikinci, yunan-Roma güləşi üzrə yığmamız üçüncü oldu – NƏTİCƏLƏR
Moskvada keçirilən dünya çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, çempionatın son günündə sərbəst güləş üzrə 66, 74 və 120 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.
66 kq - Cəbrayıl Həsənov ardıcıl olaraq Vladimir Gotisan (Moldova) (4:1, 1:0), Deyan Mitrov (Makedoniya) (2:0, 6:0), Henrix Barns (CAR) (7:0, 7:0) ilə görüşdən tam üstünlüklə ayrılıb. Yarımfinalda hindistanlı Kumar Suşil ilə görüşdə məğlub olan Cəbrayıl bürünc medal qazanmaq uğrunda mübarizə aparmalı olub. Monqolustanlı Barzoiq Buyanjavla görüşdən (2:1, 3:0) qalib ayrılan təmsilçimiz komandamıza ümumi hesabda yeddinci medalı qazandırıb.
Beləliklə, başa çatan dünya çempionatında sərbəst güləş üzrə yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komanda hesabında 42 xal toplayan yığmamız Rusiyadan (66 xal) sonra ikinci yeri tutub. Kuba pəhləvanları 37 xalla üçüncü olub.
Fərdi nəticələr:
Qızıl medal
Həsən Əliyev (60 kq) - yunan-Roma güləşi
Xetaq Qazyumov (96 kq) - sərbəst güləş
Gümüş medal
Yuliya Ratkeviç (55 kq) - qadın güləşi
Toğrul Əsgərov (55 kq) - sərbəst güləş
Bürünc medal
Vitali Rəhimov (66 kq) - yunan-Roma güləşi
Zəlimxan Hüseynov (60 kq) - sərbəst güləş
Cəbrayıl Həsənov (66 kq) - sərbəst güləş
Komanda hesabı
Yunan-Roma güləşi üzrə
1. Rusiya
2. Türkiyə
3. Azərbaycan
Sərbəst güləş üzrə
1. Rusiya
2. Azərbaycan
3. Kuba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB